AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Zoologiya İnstitutunun əməkdaşları Xəzərin sahilboyu ərazilərində tədqiqatlar aparıblar
May 23, 2022 | 01:15 / Mühüm hadisələr
Oxunub 175 dəfə

AMEA-nın Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçiləri  S.Süleymanov, S.Əliyev,  Ş.Quliyev, böyük elmi işçi N.Şamionova, kiçik elmi işçiləri A.Quliyeva və N.Mehdiyeva  kompleks işləri üzrə ekspedisiyada olublar.

Cənubi Xəzərin dəyişilmiş ekoloji şəraitində Kürağzı akvatoriyası, Bəndovan və Şıx ərazilərinin sahilboyu sularında monitorinq işləri aparılaraq, hidrobioloji, ixtioloji  və parazitoloji nümunələr toplanılıb.

Əldə olunmuş materialların üzərində tədqiqat işləri laboratoriyada davam etdirilir.

www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015