AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Torpaqşünaslıq və Aqrokimya İnstitutu Belarus Dövlət Kənd Təsərrüfatı Akademiyası ilə əməkdaşlıq edəcək
May 19, 2022 | 12:30 / Mühüm hadisələr
Oxunub 64 dəfə

Belarus Dövlət Kənd Təsərrüfatı Akademiyasının rektoru Vitaliy Velikanov AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun qonağı olub.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev qonağa sözügedən müəssisədə görülən işlər barədə məlumat verib, akademiya ilə elmi əlaqələrin gücləndirilməsi, kompleks tədqiqatların aparılması, beynəlxalq elmi proqramlar və qrant layihələrdə iştirakın vacibliyini qeyd edib. Həmçinin tərəflər iki müəssisə arasında təcrübə mübadiləsi, elmi kadrların hazırlanması, birgə seminarların, konfransların,  torpaqşünaslıq və aqrokimya sahəsində elmi biliklərin və nailiyyətlərin populyarlaşdırılması və təbliği üzrə tədbirlər, görüşlərin təşkilini nəzərdə tutan elmi əməkdaşlıq müqaviləsi imzalayıblar.

Görüşdə Torpaqların meliorasiyası laboratoriyasının müdiri, a.e.d Mustafa Mustafayev və Həmkarlar Təşkilatının sədri, a.e.d Məmməd Məmmədov da iştirak edib. Daha sonra rektor AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun bəzi laboratoriyaları, Torpaq muzeyi və kitabxanası ilə tanış olub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015