AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Mikrobioloq alim Saatlı, Sabirabad və İmişli rayonlarında tədqiqat aparıb
Apr 25, 2022 | 06:00 / Mühüm hadisələr
Oxunub 315 dəfə

AMEA-nın Mikrobiologiya İnstitutunun Su mikrobiologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Anar Hüseynov Araz çayının axın boyunca yerləşən Saatlı, Sabirabad, İmişli rayonlarında 7 gün müddətində ezamiyyətdə olub.

Araz transsərhəd çayının çirklənmə səviyyəsini mikrobioloji aspektdə vəziyyətinin qiymətləndirilməsi məqsədilə yerində müşahidələr aparıb və laboratoriya analizləri üçün nümunələr götürüb.

Nümunə götürülən suyun və quruntun fiziki, kimyəvi xüsusiyətləri öyrənilib və destruksiya göstəricisi, temperaturu və pH yerindəcə təyin edilib.

Götürülən su nümunələrinin geniş tədqiqi, bakteriya və göbələklərin müəyyən edilməsi məqsədilə Mikrobiologiya İnstitutunun Su mikrobiologiyası  laboratoriyasında artıq tədqiqatlara başlanılıb.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015