AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Botanika İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Apr 20, 2022 | 12:30 / Mühüm hadisələr
Oxunub 338 dəfə

AMEA-nın Botanika İnstitutu ilə Fransanın Monpelye Elmi Təkamül İnstitutu arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Memorandum Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva ilə Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) regional nümayəndəsi Jerome Vitre tərəfindən imzalanıb.

Elmin inkişafına istiqamətləndirilmiş memoranduma əsasən tərəflər arasında  palinoloji, paleobotaniki və botaniki sahələr üzrə birgə tədqiqatlar aparmaq, kadr və təcrübə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toplanan tədqiqat nümunələrinin mübadiləsi, maraqlı tərəfləri cəlb etməklə toplantı, seminar və konfranslar keçirmək barəsində razılığa gəliblər.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015