AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Quba və Xaçmaz rayonlarında fitopotoloji monitorinqlər həyata keçirilib
Apr 20, 2022 | 11:00 / Mühüm hadisələr
Oxunub 332 dəfə

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları tərəfindən fitoplazma xəstəliklərini və onları yayan həşərat vektorlarını aşkar etmək məqsədilə Quba və Xaçmaz rayonlarında yerləşən fərdi təsərrüfatlarda, həyətyanı sahələrdə, şəxsi təsərrüfat və bağlarda fitopotoloji monitorinqlər həyata keçirilib.

Monitorinqlər zamanı Xaçmazda bağlarda şaftalı ağaclarında, Quba rayonunda isə alça ağaclarında quruma aşkarlanıb. İlkin vizual diaqnostika və müşahidə edilən ərazilərin fitopatoloji qiymətləndirilməsi həyata keçirilib. Bitkilərin üzərində və ətrafında qurumuş sarmaşıqlar aşkarlanıb ki, bu da həşəratların rezervuar bitkiləridir. Ehtimal etmək olar ki, şaftalı və alça ağaclarının quruması fitoplazma xəstəliklərinin nəticəsində baş verib.

Qurumuş budaq nümunələri analiz edilmək üçün AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasına gətirilib, eləcə də fermerlərə xəstəliyin yayılmaması üçün qurumuş ağacların kökündən çıxarılaraq yandırılması məsləhət görülüb.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015