AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə KTN-nin müəssisəsi arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb
Apr 15, 2022 | 10:45 / Mühüm hadisələr
Oxunub 351 dəfə

Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə AR Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev ilə Bitki Mühafizəsi Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, b.e.f.d., dosent Elçin Xəlilov imzalayıb.

Sənədin imzalanmasında əsas məqsəd torpaqşünaslıq-aqrokimya və bitki mühafizəsi sahəsində elmi-tədqiqatlarının aparılmasına dair əməkdaşlıq yaradılmasıdır. Müqavilədə iki müəssisənin mütəxəssislərinin, doktorant və dissertantlarının birgə əməkdaşlığının həyata keçirilməsi, qarşılıqlı mövzular və innovasiyalar üzrə birgə elmi tədqiqat işlərinin əlaqələndirilməsini, beynəlxalq və yerli layihələrinin yerinə yetirilməsi, texniki bitkilər - pambıq, günəbaxan, şəkərçuğunduru və digər sortların təcrübə sahələrinin yaradılması istiqamətində birgə tədqiqatların aparılması və s.  nəzərdə tutulub.

Qeyd edək ki, iki elmi müəssisə arasında imzalanmış əməkdaşlıq müqaviləsi 5 ili əhatə edəcək.          

 www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015