AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib
Apr 11, 2022 | 03:00 / Konfranslar, iclaslar
Oxunub 368 dəfə

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının 2022-ci ildə üçüncü iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra tibb elmi üzrə dissertasiya mövzularının təsdiqi üçün 17 iş müzakirəyə çıxarılıb.

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə Problem şurasının, işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri də iştirak ediblər.

Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 15 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, 2 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015