AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Botanika İnstitutunda Yeni Azərbaycan Partiyasının ilk Ərazi partiya təşkilatının iclası keçirilib
Apr 11, 2022 | 04:00 / Konfranslar, iclaslar
Oxunub 365 dəfə

AMEA-nın Botanika İnstitutunda Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yeni Botaniklər Ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

İclasda Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və Botanika İnstitutunun əməkdaşları iştirak ediblər. Öncə ərazi partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Professor Səyyarə İbadullayeva yekdilliklə ərazi partiya təşkilatının sədri, Şəhla Mirzəyeva sədr müavini seçilib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev yeni seçilən sədri və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Sonda bir qrup şəxsin partiyaya üzv olmaq üçün etdikləri müraciətlərə baxılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015