AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Botanika İnstitutunun əməkdaşı elmi-tədqiqat müəssisələrinin akkreditasiyasına həsr olunmuş təlimdə iştirak edib
Apr 12, 2022 | 05:52 / Mühüm hadisələr
Oxunub 368 dəfə

AMEA-nın Botanika İnstitutunun əməkdaşı, b.ü.f.d. Nuri Mövsümova  “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi-tədqiqat müəssisələrinin akkreditasiya prosesinin gücləndirilməsi”nə həsr olunmuş layihədə iştirak edib.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində “İBF” şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilib. Layihənin iştirakçılarına təlim Akim Hopbax, Emil Əsgərov və Elçin Hacıyev tərəfindən tədris olunub. Akkreditasiya üzrə baş ekspert Akim Hopbax elmi müəssisələrin akkreditasiyadan keçməsi üçün “daxili keyfiyyət təminatı prosesi qaydaları”nın məqsəd, vəzifələri və əhəmiyyəti barədə çıxış edib. Akim Hopbak akkreditasiyanın prosedur qaydaları, elmi müəssisə və təşkilatların rəhbər işçilərinin üzərinə düşən vəzifələr, özünüqiymətləndirmə hesabatının hazırlanması ilə bağlı tələblər, yerlərdə aparılacaq müsahibələr barədə geniş məlumat verib, seminar iştirakçılarının çoxsaylı suallarını ətraflı cavablandırıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015