AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Azərbaycanlı alimin məqaləsi “Springer” nəşriyyatında işıq üzü görüb
Apr 06, 2022 | 03:00 / Yeni nəşrlər
Oxunub 497 dəfə

AMEA-nın Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin böyük elmi işçisi, b.ü.f.d. Arifə Bağırovanın “Antifungal Macrocycle Antibiotic Amphotericin B - Its Present and Future. Multidisciplinary Perspective for the Use in the Medical Practice” adlı məqaləsi “Biochemistry” jurnalında dərc olunub.

Məqalədə makrosiklik polien antibiotik amfoterisin B-nin hüceyrə membranlarda tədqiqat nəticələrinin geniş təhlili göstərilib. Çoxsaylı araşdırmalar göstərir ki, bu antibiotik tək göbələklərə qarşı yox, viruslara, bakteriyalara və şişlərə qarşı çox effektivdir. Global pandemiya şəraitində göbələk patologiyası aktiv inkişaf edir. Koronavirus infeksiya zamanı ağciyər xəstəlikləri və xüsusən invaziv aspergillyöz meydana çıxır. Onun müalicəsi amfoterisin B və bu preparatın yeni liposomal formaları ilə bağlıdır. Məqalədə amfoterisin B-nin bioloji aktivliyi, membranlarda fəaliyyəti, göbələk, virus və bakteriyalara  təsir mexanizmi barədə məlumat verilir. Molekulun kimyəvi və gen mühəndis transformasiyası antibiotiklər üçün yeni perspektivlər açır. Məqalədə göstərilir ki, yeni nəsil preparatlar patogen infeksiyaların müalicəsində daha səmərəli istifadə oluna bilər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015