AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı ABŞ-ın Azərbaycandakı səfirliyinin tədbirlərində iştirak edib
Apr 07, 2022 | 12:00 / Mühüm hadisələr
Oxunub 400 dəfə

ABŞ-ın Azərbaycandakı sərfirliyində 2022-ci il mart-aprel aylarında “Qadınların tarixi ayı” və “Yer ayı” ilə bağlı ətraf mühitin qorunması hərəkatında qadınların roluna həsr olunmuş tədbirlər keçirilib.

Tədbirlərdə AMEA-nı təmsil edən Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri, ABŞ Dövlət Departamentinin Fulbrayt post doktorantura proqramının məzunu Ruhəngiz Məmmədova müasir genetik metodlarla ətraf mühitin dəyişən stres amillərinə davamlı yeni nəsil sortların yaradılması, onların ekoloji, iqtisadi üstünlükləri barədə təqdimatla iştirak edib. Mövzu ətrafında geniş müzakirələr aparılıb. ABŞ-da təhsil almış digər məzunlar da ətraf mühitin qorunması mövzusunda çıxış ediblər. Azərbaycanda 27 mart Elm gününün qeyd olunduğu dövrə təsadüf edən səfirliyin təşkil etdiyi tədbir ətraf mühitin qorunmasında elmi nailiyyətlərin rolu barədə ictimaiyyətin maarifləndirilməsində mühüm əhəmiyyət kəsb edir.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015