AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Botanik alimin məqaləsi nüfuzlu jurnalda dərc olunub
Apr 04, 2022 | 02:49 / Yeni nəşrlər
Oxunub 524 dəfə

AMEA-nın Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin böyük elmi işçisi, b.ü.f.d. Gülnara Sultanovanın “Physical and Chemical Properties of Erythrocyte Membranes in Interaction with Polyene Antibiotics in the Field of Ultrasonic Waves” adlı məqaləsi “Springer” nəşriyyatının “Biophysics” jurnalında dərc olunub.

Məqalədə ultrasəs dalğaların və makrolakton birləşmələrin birgə təsiri altında eritrositlərin fiziki-kimyəvi xassələrinin dəyişilməsi öyrənilib. Məqalədə göstərilir ki, ultrasəs dalğaların fizioterapevtik rejimdə qan hüceyrələrinin fiziki-kimyəvi xüsusiyyətlərini öyrənilməsi üçün kinetik bir metod hazırlanıb. Bu metodla təsdiq olunub ki, ultrasəsin bioloji sistemlərlə qarşılıqlı təsiri zamanı kavitasiya prosesi baş verir. Bu proses zamanı Amfoterisin B və levorin törəmələrinin eritrositlərin fiziki-kimyəvi xüsusiyyətlərinə təsiri göstərilib. Polyenlərin eritrositlərə təsiri ilə mexaniki davamlılığı dəyişilir, ion kanallarının əmələ gəlməsi səbəbindən eritrosit membranlarının zülal-lipid səthi dəyişilməsi güman edilir. Demək olar ki, bu metodun köməyi ilə yeni bioloji effektiv dərman pereparatlarının aşkar olunması apara bilər. Bu da öz növbəsində tibbdə və xalq təsərüfatında yeni modifikasiya olunmuş preparatların yaranmasına səbəb olur.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015