AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib
Mart 31, 2022 | 06:00 / Konfranslar, iclaslar
Oxunub 234 dəfə

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.

Tədbirin əvvəlində soyqırımı qurbanlarının, həmçinin vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıb. Ə.Quliyev qeyd edib ki, 1918-ci il 31 mart soyqırımı Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biridir. Bu faciəyə 80 il sonra ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi-hüquqi qiymət verilib.

Tədbirdə çıxış edən a.e.ü.f.d Əli Cəfərov qeyd edib ki, 31 mart soyqırımı öz dəhşətləri ilə tarixin qanlı salnaməsinə çevrilib. Bu soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşər tarixində ən qanlı faciələrdən biridir.

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Həmkarlar İittifaqı Komitəsinin sədri, a.e.d Məmməd Məmmədov çıxışında bildirib ki, 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. Azərbaycanın müstəqilliyini boğmaq, milli demokratik qüvvələrə ağır zərbə vurmaq məqsədi ilə soyqırımı zamanı erməni quldur dəstələri təkcə insanlara qarşı yox eyni zamanda bu torpaqlarda tarixi mədəniyyət abidələrini də vəhşicəsinə dağıdıb.

Tədbirin sonunda 1918-ci il 31 mart soyqırımına həsr olunmuş video rolik nümayiş edilib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015