AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Türkiyənin Hacettepe Universitetinin Bioetika Təlim və Tədqiqat Mərkəzinin rəhbəri ilə görüş keçirilib
Apr 04, 2022 | 10:00 / Görüşlər
Oxunub 207 dəfə

AMEA-nın vitse-prezidenti, UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin (Milli Komitə) sədrinin birinci müavini, akademik İradə Hüseynovanın Türkiyə Respublikasının Hacettepe Universiteti Bioetika Təlim və Tədqiqat Mərkəzinin rəhbəri, prof. Nüket Örnək Büken ilə onlayn formatda görüşü keçirilib.

Görüşdə Milli Komitənin sədr müavini, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Zülfüqarov, həmin müəssisənin aparıcı elmi işçisi, Milli Komitənin katibi, biologiya üzrə fəlsəfə doktoru Gülnara Balakişiyeva və TƏBİB-in əməkdaşı, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun doktorantı Sevda Kərimova iştirak ediblər.

Akademik İradə Hüseynova UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin fəaliyyəti, müxtəlif təşkilatlarda Bioetika üzrə qurumların yaradılması, planlaşdırılan işlər və bu istiqamətdə kadr hazırlığı ilə bağlı məlumat verib, türkiyəli həmkarlarla elmi və texniki əməkdaşlığa böyük önəm verdiyini bildirib.

Öz növbəsində prof. Nüket Örnək Büken müvafiq sahələrdə Hacettepe Universitetinin təcrübəsindən, rəhbərlik etdiyi mərkəzin işindən danışıb, kadr hazırlığında Azərbaycana hər cür dəstək verə biləcəklərinə diqqət çəkib.

Görüşdə, həmçinin ortaq maraq doğuran digər məsələlər də müzakirə edilib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015