AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Fiziologiya İnstitutunda Elm gününə həsr edilmiş növbəti tədbir keçirilib
Mart 30, 2022 | 03:26 / Konfranslar, iclaslar
Oxunub 235 dəfə

АМЕА-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Elm gününə həsr edilmiş tədbir keçirilib. 

Yığıncağı giriş sözü ilə açan institutun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Sevinc Mikayılova sözügedən müəssisədə aparılan elmi-tədqiqatların istiqamətləri barədə məlumat verib, elmin inkişafında gənclərin üzərinə düşən mühüm vəzifələrdən söz açıb.

Daha sonra institutun Ekotoksikologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Yusifovanın “Xəzərin elmi problemləri” mövzusunda məruzəsi dinlənilib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015