AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Dendrologiya İnstitutunda Elm gününə həsr olunan seminar keçirilib
Mart 31, 2022 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 217 dəfə

AMEA-nın Dendrologiya İnstitutunda  27 Mart - Elm gününə həsr olunmuş seminar keçirilib.

Tədbiri giriş sözü ilə tədbiri açan AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun baş direktoru Tofiq Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının ölkədə elmin inkişaf etdirilməsinin müstəsna rolundan danışıb. Alim ölkə başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıyla yanaşı, həm də onun elm amilinin ölkədə hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə digər sahələrdə olduğu kimi elmin inkişafında da yeni mərhələnin başlanılmasından, Azərbaycan elminin inkişafına dövlət səviyyəsində göstərilən böyük qayğıdan, həmçinin ölkədə alimlərin və elmin nüfuzunun yüksəlməsindən söhbət açıb.

Sonra institutun icraçı direktoru, Dendroxronologiya laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırova, Ekologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Hüseynağa Əsədov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aydan Rasulova məruzə ilə çıxış ediblər. 

Tədbirin sonunda Elm günü münasibətilə institutun uzun illər elmi fəaliyyətində göstərdikləri əməyə görə bir neçə əməkdaş Fəxri fərmanla təltif edilib.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015