AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Botanika İnstitutu Fransanın Monpelye Universiteti ilə əlaqələrini genişləndirir
Mart 29, 2022 | 12:00 / Görüşlər
Oxunub 266 dəfə

AMEA-nın Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva, Herbari şöbəsinin müdiri, b.ü.f.d. Pərvanə Qaraxani, elmi işçi Şəbnəm İsayeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnarə Orucova, Geologiya və Geofizika İnstitutunun elmi işçisi, y.e.f.d. Şəfəq Bayramova və Fransanın Monpelye Universitetinin əməkdaşları Dr. Joannin Sebastien və doktorant Lukas Dugerdilin iştirakı ilə onlayn görüş keçirilib.

Görüş Botanika İnstitutu və Monpelye Universiteti arasında bağlanmış anlaşma memorandumu çərçivəsində baş tutub.

Tədbirdə Lukas Dugerdil təqdimatla çıxış edib. O, 2021-ci ilə Azərbaycanda Acınohur, Göygöl, Zəligöl ərazilərində həyata keçirilən çöl ekspedisiyası zamanı toplanılan polinologiya və polibotanika nümunələri üzərində aparılan tədqiqatların nəticələrinə dair məlumat verib. Həmçinin L.Dugerdil cari ilin may-iyun aylarında Azərbaycana yenidən səfər edəcəyini bildirib. L.Dugerdilin səfəri müddətində Azərbaycanın şimal və cənub rayonlarına müştərək ekspedisiyaların təşkili və texniki vasitələrlə təmini məsələləri də müzakirə olunub.

Müzakirələr zamanı ərazilərimizin polibotaniki tədqiqi də nəzərdən keçirilib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015