AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Fiziologiya İnstitutunda Elm gününə həsr edilmiş tədbir keçirilib
Mart 18, 2022 | 12:23 / Konfranslar, iclaslar
Oxunub 256 dəfə

АМЕА-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Elm gününə həsr edilmiş hibrid formatda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Sevinc Mikayılova müəssisədə aparılan elmi tədqiqatların istiqamətləri barədə məlumat verib, elmin inkişafında gənclərin üzərinə düşən mühüm vəzifələrdən söz açıb.

Daha sonra institutun İmmunofiziologiya və eksperimental transplantologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru X.Səfixanova tədbiri onlayn olaraq davam etdirib. X.Səfixanovanın “Qocalmanın sirləri” mövzusunda elmi-populyar məruzəsi universitet tələbələri və yuxarı sinif şagirdlərinin marağına səbəb olub.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015