AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Fiziologiya İnstitutunun əməkdaşının məqaləsi ABŞ-ın yüksək impakt faktorlu jurnalında çap olunub
Mart 17, 2022 | 02:15 / Yeni nəşrlər
Oxunub 413 dəfə

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Şövqi Hüseynovun məqaləsi dünyada neyroelm sahəsində ən prestijli junallardan biri olan yüksək impakt faktorlu (7.452) GLIA jurnalında nəşr olunub.

Bir ildən artıqdır ki, Fulbrayt proqramı üzrə ABŞ-ın Buffalo Universitetinin (Nyu-York ştatı) Fiziologiya və Biofizika Departamentində elmi-tədqiqat işləri aparan Ş.Hüseynov məqaləsinin narkotik asılılıq, bəzi psixonevroloji və neyrodegenerativ xəstəliklərin molekulyar mexanizmlərinin öyrənilməsi istiqamətində apardığı təcrübələrin ilkin mərhələsinin nəticələrinə həsr olunduğunu bildirib. Tədqiqatçı beyində neyronlardan fərqli olaraq qeyri-neyronal hüceyrələr qrupundan olan astrositlərdə energetik proseslərin pozulmasının adı çəkilən xəstəliklərin inkişafında rolunu vurğulayaraq, bu istiqamətdə tədqiqalarını davam etdirdiyini diqqətə çatdırıb. Ş.Hüseynovun tədqiqatları gələcəkdə sözügedən xəstəliklərin müalicəsi, xüsusilə də narkotik asılılığın aradan qaldırılması üçün böyük imkanlar yaradır.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015