AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
“Naxçıvan florasının Allium L. cinsi növlərinin Abşerona introduksiyasının elmi əsasları” monoqrafiyası çapdan çıxıb
Mart 09, 2022 | 01:15 / Yeni nəşrlər
Oxunub 271 dəfə

Mərkəzi Nəbatat Bağının Tropik və subtropik bitkilər laboratoriyasının müdiri, biologiya elmləri doktoru, dosent Şakir Qasımov və Bioloji kolleksiyalar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Sevinc Quliyevanın müəllifi olduğu “Naxçıvan florasının Allium L. cinsi növlərinin Abşerona introduksiyasının elmi əsasları” adlı yeni monoqrafiyası işıq üzü görüb.

Monoqrafiya Naxçıvan Muxtar Respublikasının florasında bitən Allium cinsinə aid növlərin təbii şəraitdə və Abşeron şəraitinə introduksiya edilmiş növlərinin bioloji xüsusiyyətlərinin öyrənilməsinə, onların qida, dərman və dekorativlik keyfiyyətinin qiymətləndirilməsinə, yaşayış məskənlərində parkların, bağların, küçə və prospektlərin yaşıllaşdırılmasında istifadə üçün perspektivli olan növlərinin seçilməsinə həsr edilib.

Kitab botanika, introduksiya, biomorfologiya, bioekologiya, yaşıllaşdırma ilə maraqlananlar, eləcə də uyğun ixtisaslar üzrə təhsil alan magistrantlar, doktorantlar, elmi tədqiqatçılar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015