Bakı Dövlət Universitetinin tələbələri MBBİ-də istehsalat təcrübəsi keçir
Fev 25, 2022 | 01:02 / Mühüm hadisələr
Fev 25, 2022 | 01:02 / Mühüm hadisələr
Oxunub 476 dəfə
Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin IV kurs tələbələrinin 24 nəfərdən ibarət heyəti AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) istehsalat təcrübəsi keçir.
Tələbələrin fevral ayının 16-da başlayan təcrübəsi aprelin 19-na kimi davam edəcək. BDU-nun tələbələri MBBİ-nin Bioadaptasiya, Genomun quruluşu və ekspressiyası, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Fotobioenergetika, Bioinformatika, Bitki biotexnologiyası və Populyasiya genomiksi laboratoriyalarında aparılan elmi tədqiqat işləri ilə tanış olur, müasir cihaz və avadanlıqların iş prinsipini öyrənir aparılan təcrübələrdə bilavasitə iştirak edir və dünya praktikasında tətbiq olunan metodları mənimsəyirlər.
www.science.gov.az