AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
BDU-nun tələbələri Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübə keçirlər
Fev 21, 2022 | 01:00 / Mühüm hadisələr
Oxunub 284 dəfə

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin “Torpaqşünaslıq və aqrokimya”, “Yer quruluşu, torpaq və şəhər kadastrı” ixtisasları üzrə təhsil alan IV və V kurs tələbələri AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda istehsalat təcrübəsi keçirlər.

Təcrübə müddətində tələbələrə universitetdə əldə etdikləri nəzəri bilikləri elmi tədqiqatlarla əlaqələndirmək üçün hər cür şərait yaradılıb. Xüsusi karantin rejiminin tələblərinə riayət etməklə tələbələr institutun müvafiq laboratoriyalarında həyata keçirilən elmi tədqiqatlarla yaxından tanış olurlar. Onlar  ayrı-ayrı laboratoriyalarda torpaq və su analizlərinin gedişatı, müxtəlif cihazların iş prinsipləri ilə tanış olur, analitik işlərdə iştirak edirlər.

Martın 29-dək davam edəcək təcrübə prosesi tələbələrdə tədqiqatçılıq üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılmasında mühüm rol oynayacaq.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015