Fev 21, 2022 | 05:00 / Mühüm hadisələr
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin sərəncamı ilə AMEA-nın müxbir üzvü Nuru Bayramov “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov yubiley medalını N.Bayramova təqdim edib.
N.Bayramov ona göstərilən diqqətə görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə və Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova təşəkkürünü bildirib.
Qeyd edək ki, professor Nuru Bayramov Mərkəzi Gömrük Hospitalının qurulması işlərində fəal iştirak etmiş, Hospitalda ümumi laparoskopik və transplantasiya cərrahiyyəsi sahəsində unikal əməliyyatların həyata keçirilməsinə imza atmışdır.