AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Türkiyəli mütəxəssislər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar
Fev 16, 2022 | 04:07 / Mühüm hadisələr
Oxunub 515 dəfə

Türkiyənin İsparta Tətbiqi Elmlər Universitetindən professor Mustafa Avcı, Meşə zərərvericiləri ilə mübarizə dairə müdiri Şaban Bıyıklı və Meşə zərərvericiləri ilə mübarizə şöbəsinin müdiri Akın Emin AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar.

İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova qonaqlara elmi müəssisənin yaranma tarixi, onun yaradıcısı akademik Cəlal Əliyev, burada aparılan tədqiqatlar, o cümlədən bitki xəstəlikləri ilə bağlı görülən işlər barədə məlumat verib.

Sonra qonaqlar institutun laboratoriyaları ilə tanış olublar. Görüşdə elmi əməkdaşlıq üçün geniş imkanlardan danışılıb, perspektivlər müzakirə edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015