AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Şuşa şəhərinin içməli su təchizatı üzrə dövlət komissiyasının tərkibində Şuşa şəhərində tədbirdə iştirak edib
Fev 10, 2022 | 06:00 / Mühüm hadisələr
Oxunub 284 dəfə

Şuşa şəhərində “Şuşa şəhərinin  və Şuşa rayonunun Daşaltı kəndinin dayanıqlı içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın və ilkin layihə sənədlərinin hazırlanması” məqsədi ilə yaradılmış dövlət komissiyasının ilkin müzakirəsi keçirilib.

Tədbirdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev də iştirak edib.

İclasda Şuşa şəhərinin qədim su təchizatı sistemi, onun ermənilər tərəfindən dağıdılması, bərpadan sonra Şuşa şəhərində daima etibarlı və keyfiyyətli suyun təmin olunması, su ehtiyatlarının qiymətləndirilməsi, su təchizatı sistemlərində innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələlələri  müzakirə edilib. Tədbirin yekununda mövcud su sistemi xətlərinə, dağıdılmış su hovuzlarına baxış keçirilib. Xüsusi axtarış layihə tədqiqat qrupunun köməyi ilə fundamental axtarış işlərinin yerinə yetirilməsi və Şuşa şəhəri üçün daha münasib su mənbələri, ətraf çaylardan istifadə imkanlarının yaradılması  qarşıya vəzifə olaraq qoyulub. Şuşada su təchizatının bərpası üçün hər bir təşkilatın vəzifələri müəyyən edilib.

Səfər zamanı nümayəndələr yol boyu işğaldan azad olunmuş ərazilərdə çox möhtəşəm quruculuq işlərinin şahidi olublar.

www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015