AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının yeni nömrəsi işıq üzü görüb
Fev 07, 2022 | 06:00 / Mühüm hadisələr
Oxunub 370 dəfə

AMEA-nın Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının VII nömrəsi çapdan çıxıb.

Jurnalın əsas məqsədi respublikada aparılan bitki və göbələk tədqiqatlarının beynəlxalq aləmə inteqrasiyasını təmin etmək üçün bu sahədə  çap olunan elmi əsərlərin səviyyəsini inkişaf etdirmək, onları bioloji tədqiqatların müasir tələblərinə uyğunlaşdıraraq və bununla da beynəlxalq aləmdə aparılan tədqiqatlara töhfə verməkdir. Nəşrin bu sayında əksəriyyəti xarici ölkələrdən (İtaliya, Türkiyə, İran, Qazaxıstan) olan alimlərin məqaləsi yer alıb. Beynəlxalq Obyektin Rəqəmsal İdentifikatoru (DOI) bütün məqalələr üçün təmin edilib.

Qeyd edək ki, ingilis dilində təqdim olunan jurnalın baş redaktoru Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayevadır.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015