AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Mərkəzi Nəbatat Bağında abadlıq işləri sürətlə davam etdirilir
Fev 08, 2022 | 04:20 / Mühüm hadisələr
Oxunub 505 dəfə

AMEA-nın Mərkəzi Nəbatat Bağında bu müəssisənin baş direktoru Natiq Allahverdiyevin və icraçı direktor Həsən Babayevin rəhbərliyi altında aparılan abadlıq işləri uğurla davam etdirilir. Belə ki, bağ ərazisində ağac və kolların mövsümi budanması həyata keçirilir, dekorativ bəzək bitkiləri əkilir, mövcud yaşıllıqlara lazımi aqrotexniki qulluq göstərilir.

Bağ ərazisində ziyanverici həşərat və xəstəliktörədicilərin yayılması nəzərə alınaraq, genişmiqyaslı mübarizə tədbirləri həyata keçirilir. Həmişəyaşıl ağacların gövdələrində ziyanverici həşərat və xəstəliktörədicilərə qarşı dərmanlamada “Ultimatum” adlı pestisitdən istifadə olunur.

Qeyd edək ki, ağaclarda gövdə qurdunun yayılmasının əsas səbəbi bağın illərlə baxımsız qalması və düzgün aqrotexniki qulluğun göstərilməməsidir.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015