
Genetik Ehtiyatlar İnstitutunda Gəncləri Günü qeyd edilib
Fev 02, 2022 | 06:00 / Konfranslar, iclaslar
Fev 02, 2022 | 06:00 / Konfranslar, iclaslar
Oxunub 498 dəfə
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov tədbir iştirakçılarını salamlayaraq sözügedən müəssisənin gənc alim və mütəxəssislərini Gənclər Günü münasibətilə təbrik edib. Z.Əkbərov vurğulayıb ki, respublikada insan kapitalının inkişaf etdirilməsi, gənclərin intellektual, fiziki və mənəvi inkişafı, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək institutda gənc alimlər üçün bütün şərait yaradılıb.
Tədbirin sonunda institutun 17 əməkdaşına sözügedən müəssisənin Fəxri fərmanları təqdim olunub.
www.science.gov.az