AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Botanika İnstitutunda 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib
Fev 03, 2022 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 511 dəfə

AMEA-nın Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) və Azad Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə Gənclər Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbiri institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva açaraq 2 fevral - Gənclər Günü münasibətilə gəncləri təbrik edib. Alim qeyd edib ki, təməli ulu öndər Heydər Əliyevin tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlətin gənclərə diqqət və qayğı göstərməsi Azərbaycan gəncliyində özünə inam hissini artırır. Gənclərin elmə cəlb olunmasının institut rəhbərliyinin qarşıya qoyduğu vacib məsələlərdən biri olduğunu vurğulayan S.İbadullayeva yüksək impakt faktorlu jurnallarda məqaləsi çap olunan gənclərə müəssisə tərəfindən maddi dəstəyin göstəriləcəyini də diqqətə çatdırıb. Həmçinin gənclərə dəstək məqsədilə institutun doktorant və magistrantları üçün ingilis dili dərsinin yüksək səviyyədə keçirildiyini bildirib.

İnstitutun icraçı direktoru, b.e.d. Şakir Qasımov, b.e.d. Naibə Mehdiyeva, b.ü.f.d. Xuraman Xəlilova, b.ü.f.d. Şəkər Muxtarova, b.ü.f.d. Pərvanə Qaraxani b.ü.f.d. Rəşad Səlimov və b.ü.f.d. Aydan Zeynalova çıxış edərək gəncləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb, ölkəmizin inkişafında Azərbaycan gəncliyinin əhəmiyyətli rolundan söz açıblar.

Daha sonra Gənclər Günü münasibətilə Botanika İnstitutunda yüksək elmi-ictimai fəaliyyəti ilə seçilən 23 gənc arasında müsabiqə keçirilib. Müsabiqə elmi əsərlərin ümumi sayı, məqalələrin indeksləşdirilmiş jurnanallardakı sayı, elmi əsərlərə olunan istinadların sayı nəzərə alınaraq müəyyən olunmuş nominasiyalar üzrə aparılıb. Müsabiqənin nəticələrinə əsasən, Yusif Abiyev I yer, Nigar Mürsəl qızı II yer, Elgün Mustafabeyli və Aytac Əliməmmədova III yerə layiq görülüblər.

Sonda gənclər diplom, sertifikat və hədiyələrlə təltif olunublar. Müəssisənin GAMŞ sədri Aydan Zeynalova gənclər adından çıxış edərək onlara göstərilən diqqət və dəstəyə görə institut rəhbərliyinə minnətdarlığını bildirib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015