AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının iclası keçirilib
Yan 21, 2022 | 05:15 / Konfranslar, iclaslar
Oxunub 179 dəfə

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının 2022-ci ildə ilk iclası keçirilib.

İclasda bölməyə daxil olan institutların baş direktorları ilə yanaşı, icraçı direktorları da iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış etdikdən sonra AMEA Rəyasət Heyətinin 19 yanvar 2022-ci il tarixində keçirilmiş iclasında Biologiya və Tibb Elmləri Bölməsinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin müzakirə edildiyini və müsbət qiymətləndirildiyini bildirib. O, AMEA Rəyasət Heyətinin müvafiq qərarında bölmə institutlarına işğaldan azad edilmiş ərazilərdə elmin bərpası, Qarabağın bioloji müxtəlifliyinin, mövcud bioloji və ekoloji durumunun, gələcək inkişaf perspektivlərinin öyrənilməsi, Azərbaycanın “Qırmızı kitab”ının hazırlanması, Xəzərin problemləri, yoluxucu xəstəliklərin, o cümlədən COVID-19-un tədqiqi, biologiya elminin ən müasir sahələrində tədqiqatların və yüksək ixtisaslı kadr hazırlığının gücləndirilməsi, beynəlxalq əlaqələrin, elektron elmin inkişafı və s. məsələlər üzrə verilmiş tapşırıqlar, BTEB-in institutlarının 2022-ci il üçün elmi tədqiqatlarının əhatəli planları, il ərzində planlaşdırılan beynəlxalq və respublika səviyyəli elmi tədbirlər haqqında danışıb, bütün tapşırıq və planların yerinə yetirilməsi üçün daha əzmlə çalışmaq lazım gəldiyini vurğulayıb.

Akademik İradə Hüseynova bölmə institutlarının elmi kadr potensialı, əməkdaşların yaş qrupları üzrə bölgüsü ilə bağlı iştirakçıları məlumatlandırıb, çatışmazlıqlardan danışıb, tövsiyə və tapşırıqlarını verib.

Sonra bölmənin müəssisələrində attestasiyaların keçirilməsi ilə bağlı ümumi maraq doğuran məsələlər müzakirə edilib, təkliflər səsləndirilib.

İclasda bölmənin fəaliyyəti ilə bağlı bir sıra digər aktual məsələlərə də baxılıb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015