AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Botanika İnstitutunun əməkdaşı beynəlxalq simpoziumunda iştirak edib
Yan 24, 2022 | 05:50 / Konfranslar, iclaslar
Oxunub 183 dəfə

AMEA-nın Botanika İnstitutunun Mikologiya laboratoriyasının əməkdaşı Yaqut Yusifova Pakistanın İslamabad şəhərində COMSTECH-in dəsətəyi ilə keçirilən “Gələcək dünya üçün rəqəmsal texnologiyalar” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.

Pakistanın Baş nazirinin Elm və Texnologiya üzrə İşçi Qrupunun sədri, professor Dr. Atta-ur-Rehman, COMSTECH-in baş koordinatoru Professor Dr. M. İqbal Çoudhari simpoziumda çıxış edən məruzəçi və iştirakçılar Covid və post-Covid dövründə yeni texnologiyaların yaradılması və tətbiqinin vacibliyinə dair müzakirələr aparıblar. Ümumilikdə simpoziumda Pakistandan, Malayziyadan, Azərbaycandan, İtaliyadan, Danimarkadan və Çindən 140-dan artıq iştirakçı aktual məsələləri səsləndirib.

Beynəlxalq tədbirdə pandemiyanın göstərdiyi mənfi təsirlərlə yanaşı müasir dünyada robot, dron, uzaqdan idarə olunan sensorlar və kompüter təsvirlərindən istifadə edilməsinin əhəmiyyəti, o cümlədən biomüxtəlifliyin, qida məhsullarının monitorinqi, əkin sahələrinin tədqiqi və xəritələşdirilməsi, təsərrüfatların səmərəli idarəedilməsində vaxta və maliyəyə qənaət etmək üçün davamlı təkmilləşən maşınlardan və analitik alətlərdən istifadə planları geniş müzakirə olunub.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015