AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Şəhidlər Xiyabanını ziyarət edib
Yan 20, 2022 | 04:00 / Mühüm hadisələr
Yan 20, 2022 | 04:00 / Mühüm hadisələr
Oxunub 624 dəfə
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib. O, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qırmızı qərənfillər düzüb.