AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin “Azərbaycan kəhrizləri” kitabı ingilis dilində işıq üzü görüb
Yan 10, 2022 | 05:00 / Yeni nəşrlər
Oxunub 373 dəfə

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin “Azərbaycan kəhrizləri” adlı kitabı ingilis dilində nəşr edilib.

Kitab UNESCO-nun Beynəlxalq Kəhriz və Qədim Hidravlik Qurğular Mərkəzinin (İCQHS) baş tədqiqatçısı Məcid Labbafın AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə ünvanladığı məktuba əsasən, Biologiya və Tibb Elmləri Bölməsinin razılığı ilə çapa tövsiyə edilib.

Ə.Quliyevin “Azərbaycan kəhrizləri” monoqrafiyasında qədim su mədəniyyət abidələrimiz olan kəhrizlərdən, onların qazılma texnologiyasından, qazma alətlərindən, iş rejimindən, dünyanın digər ölkələrindəki kəhrizlərdən, onların mövcud vəziyyətindən, su sərfindən, coğrafi koordinatlarından, üzərlərindəki tarixi abidələrdən bəhs olunur. Azərbaycanın ayrı-ayrı bölgələrində kəhriz sistemlərinin quruluşu, qazılma tarixi, ekoloji xüsusiyyətləri, suların keyfiyyəti və sərfi haqqında məlumatlar da monoqrafiyada öz əksini tapıb.

Nəşr İpək yolu üzərindəki ərazilərdə 4 minillik tarixi olan kəhrizlərin öyrənilməsində olduqca elmi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev 2005-ci ildən UNESCO-nun “Qədim hidravlik sistemlər - kəhrizlər” üzrə dövlətlərarası idarə heyətinin üzvüdür. Hazırda Azərbaycan və Orta Asiya respublikalarında (Qazaxıstan, Özbəkistan və Türkmənistan) kəhriz sistemlərinin tədqiqatı ilə məşğul olur.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015