AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimlərinin cari ildə 208 elmi əsəri nəşr olunub
Dek 17, 2021 | 01:00 / Konfranslar, iclaslar
Oxunub 477 dəfə

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi şurası ilə birgə iclası keçirilib.

Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə edilib.

Yığıncağın əvvəlində Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova sözü hesabat məruzəsi ilə çıxış etmək üçün institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevə verib. Professor Əlövsət Quliyev bildirib ki, hesabat ilində Biologiya və Tibb Elmləri Bölməsinin “Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması” elmi istiqamətinə uyğun olaraq hesabat dövründə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 2 problem, 17 mövzu,  85 iş və 111 mərhələ üzrə elmi-tədqiqat işləri yerinə yetirilib.  Onlardan  17 mövzu  keçicidir və  mövzuların icrasında 159 elmi əməkdaş, o cümlədən AMEA-nın 2 həqiqi, 2 müxbir üzvü, 11 elmlər doktoru və 89  fəlsəfə doktoru iştirak edib. İnstitutda aparılan elmi-tədqiqat işlərinin nəticələri ilə yanaşı, aparılan kompleks işlər, beynəlxalq elmi əlaqələr, institutun gənc alimlər şurası və eləcə də elmin populyarlaşdırılması istiqamətində görülən işlərin müsbət dinamikası da məruzədə işıqlandırılıb.

Ümumilikdə 208 elmi əsərin, o cümlədən 163 məqalə, 32 tezis, 5 kitab, 5 monoqrafiya 1 dərslik nəşr edildiyi vurğulanıb. Onlardan 112 məqalə və 4 tezis xarici jurnallarda nəşr olunub. Bu məqalələrdən 5-i “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda dərc edildiyini söyləyən direktor, cari ildə institut əməkdaşlarının elmi əsərlərinə 217 istinadların olduğunu, əməkdaşların yerli və xarici konfranslarda məruzələrlə çıxış etdiklərini bildirib. Ə.Quliyev 2021-ci ildə imzalanan müqavilələr, gələcək planlar və perspektivlər haqqında da ətraflı məlumat verib. O, institutda tədqiqatlarla əldə edilmiş mühüm nəticələri də diqqətə çatdırıb.

Sonda hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər verilib.

Akademik İradə Hüseynova müzakirələrə yekun vuraraq rəhbərliyə və əməkdaşlara tapşırıq və tövsiyələrini bildirib. Yekunda müəssisənin fəaliyyəti müsbət qiymətləndirilərək illik hesabatın qəbul olunmasına dair qərar qəbul olunub.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015