AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
“Abşeron florasının taksonomik spektri” kitabı çapdan çıxıb
Dek 07, 2021 | 04:01 / Yeni nəşrlər
Oxunub 425 dəfə

AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, b.e.d., professor Əliyar İbrahimov, b.e.d., dosent Fatmaxanım Nəbiyevanın həmmüəllifləri olduqları “Abşeron florasının taksonomik spektri” kitabı işıq üzü görüb.

Nəşrdə Abşeronun florasının (yabanı, mədəni) bitkiliyinin geobotaniki xüsusiyyətləri öyrənilib, 1800-dən artıq bitki nümunəsi “Herbari” fonduna daxil edilib. Abşeron yarımadasının təbii və mədəni florası təhlil edilərək 183 fəsilə, 967 cins, 2455 növ aşkar edilib. Ərazidə 72 endemik bitki növündən 12 fəsilə, 36 cinsə məxsus olan 50 növün Azərbaycan endemi, 12 fəsilə, 17 cinsdə cəmləşmiş 22 növün Qafqaz endemi və 35 növün relikt bitkilər olduğu müəyyən edilib. Abşeronun müasir florasına 62 fəsilə, 247 cins və 1323 yeni bitki növünün əlavə olunduğu müəyyən olunub ki, bu növlər Azərbaycan Respublikası və bütövlükdə Qafqaz florası üçün yeni növlərdir.

Tədqiqatların nəticəsi olaraq “Abşeron florasının taksonomik spektri” fundamental kitabı botaniklər, ekoloqlar, dendroloqlar, tədqiqatçılar, həmçinin ali və orta ixtisas məktəbinin müəllim və tələbələri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015