AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Mikrobiologiya İnstitutunun əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər
Sen 24, 2021 | 06:04 / Mühüm hadisələr
Oxunub 801 dəfə

Bu gün AMEA-nın Mikrobiologiya İnstitutunun rəhbərliyi və kollektivi 27 sentyabr - Anım Günü çərçivəsində İkinci Fəxri xiyabanı ziyarət ediblər.

Mikrobiologiya İnstitutunun əməkdaşları ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda böyük rəşadət və fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan vətən oğullarının məzarlarını ziyarət edib, onların xatirəsini ehtiramla yad ediblər. Şəhidlərimizin məzarları önünə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.

Həmçinin müəssisədə sentyabrın 27-də saat 12:00-da onlayn tədbirin keçirilməsi də nəzərdə tutulub. Həmin tədbirdə iştirak etmək istəyənlər bu linkdən qoşula bilərlər.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015