AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Akademik İradə Hüseynova MBBİ-yə yeni qəbul olunan magistrantlarla görüş keçirib
Sen 29, 2021 | 04:09 / Görüşlər
Oxunub 114 dəfə

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) direktoru, akademik İradə Hüseynova instituta yeni qəbul olunan magistrantlarla görüşüb.

İnstitutun magistraturasına bu il “Molekulyar biologiya” ixtisası üzrə dövlət sifarişi ilə 2, ödənişli əsasla 1 nəfər, “Biotexnologiya” ixtisası üzrə dövlət sifarişi ilə 2, ödənişli əsasla 1 və “Biokimya” ixtisası üzrə dövlət sifarişi ilə 2, ödənişli əsasla 1 nəfər tələbə qəbul olunub. Sözügedən müəssisədə 2021/2022-ci tədris ilində cəmi 16 nəfər magistrant təhsil alacaq.

Akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elm və təhsilə qoyulan yüksək tələblər haqqında gənclərə məlumat verib. Akademik hazırda Oksford, Monpelye, Gent, İstanbul və digər universitetlərdə doktorantura təhsilini uğurla davam etdirən institutun magistr məzunlarından söhbət açıb. Görüşdən sonra magistrantlar elmi rəhbərlərlə görüşüblər və institutun təhsil şöbəsinin tədris auditoriyaları ilə tanış olublar.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015