AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Foto
Genetik Ehtiyatlar İnstitutunun alimləri beynəlxalq seminarda iştirak ediblər
Sen 15, 2021 | 04:25 / Mühüm hadisələr
Oxunub 711 dəfə

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun alimləri - b.ü.f.d. Ayaz Məmmədov və  b.ü.f.d. Vəli Qarayev 13-14 sentyabr tarixlərində Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının (https://iofs.org.kz/) “Qida təhlükəsizliyinin təmin edilməsində və heyvandarlıq məhsullarının istehsalının təkmilləşdirilməsində heyvan genetik ehtiyatlarının rolu” mövzusunda təşkil etdiyi onlayn beynəlxalq seminarda iştirak ediblər. Tədbirdə A.Məmmədov “Azərbaycanın kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları” mövzusunda məruzə ilə çıxış edib. 

Seminarın keçirilməsində məqsəd İslam Təşkilatına üzv ölkələrdə heyvanların genetik ehtiyatlarının idarə edilməsi və mövcud vəziyyətin qiymətləndirilməsi olub.

Tədbirdə, həmçinin üzv ölkələri arasında heyvan genetik ehtiyatları üzrə təcrübə mübadiləsinin və layihələrin həyata keçirilməsi üzrə birgə tədqiqatların aparılması qərara alınıb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015