AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Azərbaycanlı alim Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib
İyl 16, 2021 | 10:05 / Mühüm hadisələr
Oxunub 310 dəfə

AMEA-nın Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib və Akademiyanın beynəlxalq “Qızıl ulduz” medalı ilə təltif edilib.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə fəxri professor diplomunu və medalı alimə təqdim edib. Təqdimatda Ə.Eyvazovun Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçildiyi və medala layiq görüldüyü bildirilib.

Qeyd edək ki, Ə.Eyvazov 45 elmi əsərin, 52 informasiya bülleteninin (bukletin), 3 rəngli albomun, 2 metodik vəsaitin və 1 patentin müəllifidir.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının ali məqsədi türk dili, mədəniyyəti, tarixi və ədəbiyyatını bütün dünyada təşviq etməkdir. Bu günə qədər AMEA-nın bir sıra görkəmli alimləri həmin Akademiyanın həqiqi üzvü və fəxri professoru seçilib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015