AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Azərbaycanlı alimin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda dərc edilib
İyl 01, 2021 | 04:15 / Yeni nəşrlər
Oxunub 261 dəfə

AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif ölkələrin (Çin, ABŞ, Gürcüstan) həmmüəllifləri ilə birgə “Krestiazidlər C-G, Cruciata articulata (Buğumlu krusiata) bitkisindən alınmış monotropenoid qlikozidlər” (“Cruciasides C-G, Monoterpenoid Glycosides from Cruciata articulata”) adlı məqaləsi “Elsevier” nəşriyyatının “Fitokimya” jurnalında (PHYTOCHEM-D-21-00220, impakt faktoru 3, 044) dərc olunub.

Məqalə Azərbaycanın Lerik rayonunda 1402 m hündürlükdən yığılmış Rubiaceae fəsiləsinə aid ot bitkisindən ayrılmış və təsviri olmayan beş monotropenoid qlikozidlərin ayrılması və strukturun təsvirinin aydınlaşdırılmasına həsr edilib. Yeni birləşmələrin strukturunu müəyyən etmək üçün geniş spektroskopik təhlil, xüsusilə 2D NMR istifadə edilib. Bundan əlavə, bu sinif birləşmələrinin ayrılması üçün molekulyar şəbəkə istifadə olunub, zülalların identifikasiyasının (MS-MS)  ətraflı təhlili isə bir neçə ikinci dərəcəli komponent üçün strukturlarını təklif etməyə imkan yaradıb. Bu məlumatlar yaxınlarda təsvir olunan növün fitokimyəvi analizi haqqında ilk hesabatdır. Bütün ayrılmış birləşmələr sitotoksik, antimikrob və anti-inflamatuar aktivliyi Çin Xalq Respublikasının əczaçılıq elm və texnologiya məktəbinin analitik mərkəzində təsdiqlənib.

Qeyd edək ki, sözügedən məqalə 15 milyondan çox tədqiqatçının istifadə etdiyi “ScienceDirect” saytında da yerləşdirilib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015