AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Mikrobiologiya İnstitutu ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
İyn 10, 2021 | 03:00 / Konfranslar, iclaslar
Oxunub 120 dəfə

AMEA-nın Mikrobiologiya İnstitutunun (MB) direktoru v.i.e., AMEA-nın müxbir üzvü Pənah Muradov Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun (HETİ) direktoru, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Mahir Hacıyevlə görüşüb.

Tədbirin əsas məqsədi institutlar arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq müqaviləsinin imzalanması olub. Görüşdə M.Hacıyev laboratoriyalarla tanış olub və birgə aparılacaq işlər haqqında müzakirələr aparılıb. Müqavilənin şərtlərinə HETİ və MB institutları doktorant və dissertantlarına birgə dissertasiya mövzularının müəyyən edilməsi, razılaşdırılması və elmi rəhbərlə təmin edilməsi, biologiya və aqrar elmlərinin müvafiq sahələrində qarşılıqlı maraq doğuran mövzular və innovasiyalar üzrə əlaqələndirilmiş birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi olub.

Birgə aparılacaq elmi-tədqiqatlardan əldə olunan nailiyyətlərə hər iki tərəfin təşkilatçılığı əsasında nümayiş sahələrinin yaradılması, təcrübə sahələrinə səfərlər, mühüm təsərrüfat əhəmiyyətli təkliflərin hazırlanması və onların istehsalatda tətbiqi və aqrar sahədə yüksək məhsuldarlığa, müvafiq keyfiyyət göstəricilərinə nail olmaq, xəstəliklərə qarşı davamlı bitki sortlarının alınması, xəstəliklərə qarşı kompleks tədbirlər proqramının işlənib hazırlanmasını və həyata keçrilməsini təmin etməkdir.

Görüşün sonunda Mikrobiologiya İnstitutunun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Pənah Muradov və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Mahir Hacıyev elmi tədqiqatların aparılması məqsədilə əməkdaşlığa dair müqavilə imzalayıblar.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015