AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Abşeron florasının məlumat siyahısı Botanika İnstitutu tərəfindən nəşr edilib
İyn 09, 2021 | 10:30 / Yeni nəşrlər
Oxunub 304 dəfə

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya Fakültəsinin professoru, b.e.d. Aleksandr Sergeyeviç Zernov və AMEA-nın Botanika İnstitutunun Herbari şöbəsinin elmi işçisi Şəhla Mirzəyevanın həmmüəllifliyi ilə Azərbaycanın Abşeron yarımadasında aparılan floristik tədqiqatların nəticələrinə həsr olunmuş “Abşeron florasının məlumat siyahısı” adlı kitab çapdan çıxıb.

Kitabda ərazi araşdırmaları, herbari materialları və ədəbiyyat məlumatlarının öyrənilməsi əsasında Abşeron yarımadasının ərazisi üçün növ müxtəlifliyinin mövcud vəziyyəti əks etdirilir.  Kitabda bu günə qədər müəyyən edilmiş yerli flora və gətirilmə növlərin 676 növünün yayılması və fitosenotik məhdudlaşdırılması barədə məlumat verilir, bəzi mədəniləşdirilmiş bitkilər də siyahıya salınmış və taksonomik şərhlər verilmişdir. Həmçinin geniş yayılmış evriotip növlərin Abşeron üzrə coğrafi paylanması, eləcə də bir çox növlər üçün dəqiq yayılma yerləri və herbari akronimləri göstərilir.

Kitab botaniklər, coğrafiyaçılar, təbiət elmləri fakültələrinin mütəxəssis və tələbələri, təbiəti qoruma sistemi işçiləri, həvəskar təbiətşünaslar üçün nəzərdə tutulub.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015