AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Qafqazda bəbir populyasiyasını artırmağın modelləri təklif olunub
İyn 08, 2021 | 11:00 / Yeni nəşrlər
Oxunub 294 dəfə

AMEA-nın Zoologiya İnstitutunun Quru onurğalılar laboratoriyasının elmi işçisi Elşad Əsgərovun həmmüəllifi olduğu “Reducing persecution is more effective for restoring large carnivores than restoring their prey” adlı məqaləsi impakt faktorlu “Ecological Applications” jurnalında dərc olunub.

Məqalə Qafqazda nadir və nəsli təhlükədə olan iri yırtıcı məməlilərin sayının artırılması modellərinin müzakirəsinə həsr edilib. Modellər heyvanların ovlanmasının qarşısını almaq və yem bazasını artırmaq şərti ilə Qafqaz regionunu və İranın şimalını əhatə edən ərazidə (737 000 kv km) növbəti yüz il müddətində bəbir populyasiyasını bərpa edərək 1000 (bir min) fərdin yaşamasına nail olmağın mümkünlüyünü göstərir.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015