AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Azərbaycanın iynəyarpaqlı bitkilərinin növ müxtəlifliyi və bioekoloji xüsusiyyətləri öyrənilib
İyn 04, 2021 | 04:00 / Yeni nəşrlər
Oxunub 298 dəfə

AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyevin “Azərbaycanın iynəyarpaqlı bitkilərinin növ müxtəlifliyi və bioekoloji xüsusiyyətləri” adlı yeni monoqrafiyası “Elm” nəşriyyatında işıq üzü görüb.

Nəşrin rəyçiləri akademik Validə Əlizadə və biologiya üzrə fəlsəfə doktoru, dosent Nurməmməd Mustafayevdir.

5 fəsildən ibarət olan monoqrafiyada çoxillik tədqiqatlar nəticəsində Azərbaycanın müxtəlif bölgələrində yayılmış və Abşerona introduksiya edilmiş iynəyarpaqlıların taksonomik tərkibi, geobotaniki xüsusiyyətləri, təbii bərpa prosesi müəyyənləşdirilib, yaşıllaşdırılma məqsədilə rayonlaşdırılması aparılıb, onların fenoloji, fitopotoloji, reproduktivlik, böyümə və inkişaf xüsusiyyətləri öyrənilib. Abşeron yarımadasına introduksiya olunmuş şam və sərv növlərinin hərfi-rəqəmsal politomik təyinat açarı tərtib edilib. Qafqazda və qonşu regionlarda yayılmış bəzi iynəyarpaqlı bitki növlərinin taksonomik statusunun təyini ilə bağlı ilkin nəticələr əldə olunub.

Yeni nəşr botaniklər, ekoloqlar, təbiəti mühafizə təşkilatlarının işçiləri, biologiya, ekologiya və kənd təsərrüfatı üzrə müəllim və tələbələr üçün nəzərdə tutulub.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015