AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Mərkəzi Nəbatat Bağının aliminin yeni kitabı işıq üzü görüb
İyn 04, 2021 | 05:00 / Yeni nəşrlər
Oxunub 313 dəfə

AMEA-nın Mərkəzi Nəbatat Bağının əməkdaşı, biologiya elmlər doktoru Şakir Qasımovun “Örtülü şəraitdə tropik bitkilərin (Bromeliaceae Juss.,Orchidaceae Juss.) biomorfologiyası və becərilməsinin ekoloji əsasları” adlı kitabı çap olunub.

Kitab dünyanın müxtəlif bölgələrindən tropik bitkilərin, xüsusilə Bromeliaceae və Orchidaceae fəsiləsinin bəzi qiymətli dekorativ növlərinin Azərbaycanda örtülü şəraitdə (oranjeriya və istixana) becərilməsinin ekoloji əsaslarına, onların bioekoloji, biomorfoloji xüsusiyyətlərinin, inkişaf biologiyasının, klon mikroçoxaldılmasının öyrənilməsinə və daxili interyerlərin yaşıllaşdırılmasında istifadə üçün perspektivli növlərin seçilməsinə həsr edilib.

Sözügedən əsər botanika, biomorfologiya, bioekologiya, bitki biotexnologiyası və fitodizayn ilə maraqlananlar, eləcə də uyğun ixtisaslar üçün təhsil alan magistrlar, doktorantlar, elmi tədqiqatçılar üçün nəzərdə tutulub.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015