AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Mərkəzi Nəbatat Bağının “Elmi əsərləri” jurnalının növbəti cildi çapdan çıxıb
May 07, 2021 | 11:00 / Yeni nəşrlər
Oxunub 168 dəfə

AMEA-nın Mərkəzi Nəbatat Bağının “Elmi əsərləri”  jurnalının növbəti  XVIII cildi işıq üzü görüb.  

Toplu Abşeronun quru subtropik şəraitində yerli, ayrı-ayrı ölkələrin florasından olan bəzək, dərman, efir yağlı kol, ot və çiçək bitkilərinin öyrənilməsinə həsr edilib. Kitabda bir sıra bitkilərin bioloji xüsusiyyətləri, o cümlədən biomorfologiyası, bioloji müxtəlifliyi, boy və inkişafının dinamikası, çoxaldılma üsulları, ilkin becərilmə aqrotexnikası, respublikanın şəhər və digər yaşayış məntəqələrinin yaşıllaşdırılmasında istifadəsi haqqında tövsiyələr verilib.

Nəşrdən bitkilərin introduksiyası ilə məşğul olan elmi işçilər, aqronomlar, biologiya və kənd təsərrüfatı mütəxəssisləri, doktorantlar, tələbələr, həvəskar bağbanlar istifadə edə bilərlər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015