AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Azərbaycanda becərilən nar bitkisinə dair məqalə nüfuzlu jurnalda çap olunub
Apr 21, 2021 | 01:00 / Yeni nəşrlər
Oxunub 179 dəfə

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmləri doktoru, professor Fərman Quliyevin və Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun doktorantı Lalə Hüseynovanın həmmüəllifi olduğu “Gəncə-Qazax coğrafi rayonu şəraitində ayrı-ayrı aqrotexniki tədbirlərin nar bitkisində yaranan fomoz və ya budaq xərçənginə təsiri” (“Влияние отдельных агротехнических мероприятий на поражённость растений граната фомозом или раком ветвей в условиях гянджа-казахской географической зоны”) adlı məqalə nüfuzlu “XII глобальная наука и инновации 2021: Центральная азия международный научно-практический журнал” (Kazakhstan, Nur-Sultan) jurnalında (2021, v.14, № 1, s.16-20) dərc edilib.

Məqalədə Azərbaycanın qərb bölgəsində becərilən nar bitkisinin xəstəliklərinin növ tərkibi, başlıca xəstəliklərin yayılması, xüsusən də geniş yayılmış fomoz və ya budaq xərçəngi  haqqında məlumat verilir.

Tədqiqatın məqsədi narın fomoz və ya budaq xərçəngindən qorunması üçün təsirli bir ekoloji tarazlıq sisteminin inkişaf etdirilməsi, nar kollarının mikobiotası, ən çox yayılmış zərərli mikozları, mikozların bioloji xüsusiyyətləri, bəzi göbələk xəstəliklərinin, o cümlədən xərçəngin geniş yayılmasına səbəb olan ətraf mühitin əsas amillərini öyrənməklə nar xəstəliklərinin əsas patogenləri ilə mübarizə tədbirlərini hazırlayıb, tövsiyə olunanların səmərəliliyini müəyyən etməkdir.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015