AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Mikrobioloq alimin məqaləsi nüfuzlu jurnalda çap olunub
Apr 08, 2021 | 10:50 / Yeni nəşrlər
Oxunub 177 dəfə

AMEA-nın Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının rəhbəri, b.e.d., dos. Könül Baxşəliyevanın həmmüəllifi olduğu "Evaluation of Some Food Products Produced in Azerbaijan According to the Species Composition and Ecological Trophic Relations of Fungal Biota" adlı məqalə “Web of Science” bazasına daxil olan nüfuzlu "Bioscience biotechnology research communications" (Hindistan) jurnalında (2021, v.14, № 1, s.147-151) dərc edilib.

Bütün eksperimentləri sözügedən müəssisədə aparılan məqalə Azərbaycan şəraitində qida məqsədləri üçün istifadə edilən bir sıra materialların mikobiotasının növ tərkibinə, ekolo-trofik əlaqələrinə və ixtisaslaşmasının təzahür formalarına görə tədqiqinə həsr edilib.

Tədqiq edilən qida təyinatlı məhsulların da göbələklərin məskunlaşma yerlərindən biri olması və tədqiq edilən məhsulların mikobiotasının formalaşmasında həqiqi göbələklərin 63 növünün iştirak etməsi, onların arasında biotrofluğu və saprotrofluğu həqiqi xarakter daşımayan göbələklərin üstünlük təşkil etməsi, allergenlərin, toksigenlərin və şərti patogenlərində yer alması qida məhsulları ilə bağlı qəbul edilən sanitar-epidiomoloji qaydalar və normativlərin qeyd edilənlərə yönəlik təkmilləşdirilməsinin məqsəduyğun olması eksperimental olaraq öz təsdiqini tapıb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015