AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi formalaşıb
Mart 19, 2021 | 07:00 / Konfranslar, iclaslar
Oxunub 782 dəfə

AMEA-nın Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib.

İclası giriş sözü ilə açan institutun direktor v.i.e., aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İclasın gündəliyinə müvafiq olaraq Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibinin formalaşdırılması barədə müzakirələr aparılıb. Şuraya səsvermə yolu ilə yeni sədr, sədr müavini və katib seçilib.

Yeni sədr elmi işçi Leyla Həsənova, sədr müavini kiçik elmi işçi Nigar Mehdiyeva və katib böyük laborant Xatirə Qəhrəmanlı onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.

Sonda Ələddin Eyvazov, elmi işlər üzrə direktor müavini, b.e.d. Elşad Əhmədov, elmi katib, b.ü.f.d. Sara Əliyeva və b.ü.f.d. Səbinə Bünyatova şuranın yeni tərkibindəki bütün üzvlərə, elecə də şuranın yeni idarə heyətinə fəaliyyətlərində uğurlar arzulayıblar.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015