AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
“Aqrosenozların torpaq-ekoloji problemləri və onların həlli yolları” mövzusunda konfrans keçiriləcək
Mart 17, 2021 | 04:00 / Konfranslar, iclaslar
Oxunub 793 dəfə

3-4 iyun 2021-ci il tarixlərində AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Elm Günü”nə həsr edilən “Aqrosenozların torpaq-ekoloji problemləri və onların həlli yolları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransın keçirilməsində məqsəd elmi tədqiqatların təqdimatı, müzakirəsi və qarşılıqlı məlumat mübadiləsidir. Tədbirlə əlaqədar materiallar məqalə formasında qəbul edilir. Məqalələrin həcmi 5 səhifədən artıq olmamalı və elektron variantı anas.conference.21@gmail.com ünvanına göndərilməlidir. Məqalələr 15 may 2021-ci il tarixinə qədər qəbul ediləcək.

Ünvan: AZ1073, Bakı ş., Məmməd Rahim küç., 5

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015